Vəzifə öhdəlikləri:
İş yerində əməyin mühafizəsinə və texniki təhlükəsizliyə nəzarət etmək;
İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
SƏTƏMM üzrə sənədləşdirmə işlərini dəqiq həyata keçirmək;
Riskin qiymətləndirilməsini aparmaq və sənədləşdirmək;
SƏTƏMM üzrə uyğunsuzluqları və qüsurları aşkar edərək haqqında tədbir görülməsi üçün tapşırıqlar vermək;
Iayihələrin, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
Struktur bölmələrdə, istehsalatda ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərdə iştirak etmək;
Sahəyə daxil olanlara giriş təlimatı keçmək, işçilərin əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərdə köməklik göstərmək;
İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
Xidmət təlimatların işlənib hazırlanmasında köməklik göstərmək;
Mövcud formada və qaydalara uyğun olaraq hesabatlar aparmaq.
Tələblər:
Ali təhsil;
Tikinti sahəsində SƏTƏMM üzrə minimum 3 il iş təcrübə;
FHN tərəfindən verilən “Sənayedə texniki təhlükəsizlik və əməyn mühafizəsi qaydaları və normaları” üzrə sertifikat (SƏTƏMM üzrə əlavə sertifikatların olmasına da üstünlük verilir)
İş şəraiti:
İş rejimi: Həftə içi 6 gün
İş saatı: 08:00-17:00
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.
Nahar şirkət tərəfində verilir.
Ünvan: Xırdalan şəhəri, Blue City y/k
Əmək haqqı: Müsahibə əsnasında təyin ediləcək
Müsahibə üçün Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına SƏTƏMM üzrə mütəxəssis yazaraq CV göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 09.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/blue-city-yasayis-kompleksi-setemm-uzre-mutexessis-150683