HiPP Orqanik südlü sıyıq Gecəniz xeyrə qarşı - Alma və yulaf ilə (Xalis çəkisi: 250 qr) - 6 ayından İstifadəsi: Körpənin immun sistemini və bağırsaq florasını yaxşılaşdırır. Kalsium, dəmir və yod ilə zəngindir. Sinir sistemini möhkənlənməsi üçün Vitamin B1 ilə və həmçinin Vitamin A, D,C ilə zəngindir. Omega-3 polidoymamış yağ turşuları tərkibində var. Asan həzm olunan meyvə lopaları ilə. Tərkibində boya maddələri, konservantlar və süni aromatizatorlar yoxdur. Şəkərsiz. Qlütenlidir. Tərkibi: zərdab tozu*, 14% kəpəkli yulaf unu*, 13% kəpəkli buğda unu*, 13% üzsüz südün tozu*, 13% alma püresi*, bitki yağları* (günəbaxan*, raps* yağları), buğda yarması*, alma ekstraktı, kalsium karbonat, vitamin C, vitamin E, vitamin B1, vitamin A, vitamin D, dəmir difosfat, kalium yod. Enerji dəyəri (Kalorilik) – 1,800 kC/427 kkal. 100 q məhsulunun qida dəyəri: Yağlar - 11,7 q; (onlardan) Doymuş yağ turşuları - 1,4 q; Karbohidrat - 64,6 q; (onlardan) şəkər - 36,0 q; Liflər - 3,8 q; Zülal - 14,0 q; duz - 0,55 q; Mineral maddələr: natrium - 0,22 q; kalsium - 380 mq (95%); Mikroelementlər: dəmir - 4,5 mq (75%); yod - 52 ug (74%); Vitaminlər: vitamin A - 375 ug (94%); vitamin D - 7,0 ug (70%); vitamin E -5,0 mq; vitamin C -45 mg (180%); vitamin B1 -0,68 mq (136%); Əlavə qida dəyərləri: linolenik turşusu (Omega-3)-0,30 q. Hazırlanma qaydası: Sıyığı hazırlayarkən hazırlanma qaydasına ciddi riayət edin. Sıyığın hazırlanması, saxlanması düzgün olmadıqda, sağlamlığa ziyan verə bilər. Hər yeməkdən əvvəl sıyığın yenisi hazırlayın. Mikrodalğalı sobada qızdırmayın (yanıq təhlükəsi ola bilər). 1) Hər yeməyin hazırlanması üçün təzə qaynadılmış və 50 C-yə qədər soyudulmuş sudan istifadə edin. 2) Tövsiyyə olunan sıyığın miqdarını (qidalanma cədvəlinə əsasən) qaba yerləşdirin. 3) Qaynadılmış suyu sıyığa əlavə edib, qarışdırın. 4) Qatı konsistensiya alınması üçün sıyığı bir neçə dəqiqəlik saxlayın. Qıdalandırmadan əvvəl mütləq istiliyi yoxlayın. Saxlanma qaydası: Açılmış qablaşmanı 3-4 həftə ərzində quru və otaq temperaturunda olan yerdə saxlayın. Xorvatiyada istehsal olunmuşdur. Havanın temperaturu +3 C-dən 25 C-a qədər və nisbi rütübəti 70%-dən aşağı olmayan şəraitdə, quru və otaq temperaturunda olan yerdə saxlayın. Açılmış qablaşmanı 3-4 həftə ərzində istifadə oluna bilər.