Cronos Construction şirkəti komandamıza təcrübəli Smetaçı axtarır.
Əsas vəzifə və tələblər:
Tikinti layihələri üzrə smeta sənədlərinin hazırlanması;
Forma 2 və Forma 3 sənədlərinin müstəqil şəkildə hazırlanması;
Layihə və iş həcmlərinin təhlili və hesablanması;
Material və işçilik xərclərinin hesablanması;
Yerinə yetirilmiş işlər üzrə sənədlərin hazırlanması;
Faktiki görülmüş iş həcmlərinin layihə və smeta sənədləri ilə müqayisəsi;
MS Excel və smeta proqramlarında işləmək bacarığı;
Tikinti norma və standartlarına dair praktiki biliklər;
Diqqətli, məsuliyyətli və analitik düşüncəli olmaq.
Tələblər:
3–5 il müvafiq iş təcrübəsi;
Tikinti sahəsində smetaçı kimi iş təcrübəsi;
Forma 2 və Forma 3-ün hazırlanması üzrə praktiki təcrübə;
Komandada işləmək bacarığı.
İş şəraiti:
Əmək müqaviləsi rəsmi qaydada bağlanır;
Əmək haqqı müsahibə əsasında müəyyən edilir;
5 günlük iş qrafiki;
İş saatları: 09:00–18:00;
Nahar şirkət tərəfindən təmin olunur.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Smetaçı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 21.10.2026