Şirkətimiz komandamıza SMM / Kontent üzrə Mütəxəssis axtarır. Əgər sosial medianı sevir, kreativ düşünür və trendləri yaxından izləyirsənsə, səni komandamızda görmək istərdik!
Vəzifə öhdəlikləri:
Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok, LinkedIn və s.) idarə olunması
Aylıq və həftəlik kontent planlarının hazırlanması
Sosial media üçün kreativ mətn, vizual və video kontent ideyalarının hazırlanması
CTA mesajlarının effektiv olması və satış yönümlü olması
Paylaşımların vaxtında və plan üzrə yerləşdirilməsi
Sosial media statistikalarının izlənməsi və aylıq hesabatların hazırlanması və artımı
Trendlərin və rəqiblərin təhlili, yeni ideyaların təklif edilməsi
Dizayner və marketinq komandası ilə koordinasiyalı iş
Çəkilişlərdə aktiv iştirak
Namizədə tələblər:
SMM və ya kontent sahəsində minimum 3-5 il iş təcrübəsi
Sosial media platformalarının iş prinsipini yaxşı bilmək
Azərbaycan dilində səlis yazı bacarığı (rus və ya ingilis dili üstünlükdür)
Kreativ düşüncə və məsuliyyətlilik
Analitik düşünmə və hesabat hazırlamaq bacarığı
Biz təklif edirik:
Peşəkar və dinamik komanda
Karyera və inkişaf imkanları
Rəqabətli əmək haqqı
Rahat iş mühiti
CV-lərinizi mövzu hissəsində “SMM / Kontent üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 14.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/balique-2023-ltd-mmc-smm-kontent-uzre-mutexessis-151057