Gözəl balaca pişik – gümüşü-boz rəngli, xırda zolaqlı tük örtüyü və iri mavi gözlər. Qulaqları yumşaq, bir az yanlara yatıq formadadır. Kürkü qısa və sıx, quyruğu tüklüdür. Aktiv oyunları sevir, qucaqlanmağa meyillidir, ev şəraitinə uyğun sakit xarakterlidir. Yeməyə seçici deyil, quru və yaş yeməyi qəbul edir. Qum qabına öyrəşməsi asandır. Ailə mühitinə, uşaqlarla vaxt keçirməyə uyğun mehriban dost axtaranlar üçün ideal baladır.