Satış obyektlərimizə “Steward (Təmizlik işçisi)” vakansiyası üzrə məsuliyyətli və cəld kişi namizəd axtarırıq
Vəzifə öhdəlikləri:
Qab-qacaq, mətbəx avadanlıqları, inventar və digər yuyula bilən əşyaları müəyyən edilmiş qaydalara uyğun yumaq və dezinfeksiya etmək.
Təmiz yuyulmuş qab-qacağı qurudaraq müəyyən edilmiş yerlərdə səliqəli şəkildə yerləşdirmək.
Qabların yuyulması zamanı yuyucu və dezinfeksiyaedici vasitələrdən təlimata uyğun istifadə etmək.
Qab-qacaq və mətbəx inventarının gigiyenik vəziyyətinə nəzarət etmək.
Mətbəxin, qab yuma sahəsinin, anbar və digər yardımçı sahələrin təmizliyini təmin etmək. Döşəmə, divar, iş səthləri, rəflər, zibil qabları və digər sahələrin təmizliyində iştirak etmək.
Mətbəx avadanlıqlarının və inventarının təmizlənməsində aşpazlara və digər mətbəx əməkdaşlarına kömək etmək.
Tullantıları müəyyən edilmiş qaydalara uyğun toplamaq, çeşidləmək və təyin olunmuş əraziyə çıxarmaq.
Zibil qablarının vaxtında boşaldılmasını və təmiz saxlanılmasını təmin etmək.
Qab-qacaq, avadanlıq və inventarda sınıq, çat, nasazlıq və ya digər qüsurlar aşkar etdikdə dərhal məsul şəxsə məlumat vermək.
Təmizlik vasitələrinin düzgün və təhlükəsiz saxlanılmasını təmin etmək.
Mətbəx və yardımçı sahələrdə sürüşmə, su sızması, avadanlıq nasazlığı və digər təhlükəli vəziyyətləri dərhal rəhbərliyə bildirmək
Namizədə tələblər:
Mətbəx və təmizlik işlərində səliqəli və diqqətli olmaq
İş intizamına və sanitariya-gigiyena qaydalarına riayət etmək
Komandada işləmək bacarığı
Məsuliyyətli, punktual və işinə ciddi yanaşmaq
Restoran və ya mətbəxdə iş təcrübəsi arzuolunandır
İş şəraiti:
İş qrafiki: 6 günlük iş rejimi
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
Ünvan: Nərimanov rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Steward (Təmizlik işçisi)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 11.10.2026