Salam. SSRİ istehsalı olan mərkəzdənqaçma su nasosu və onun üçün tam hazır elektrik idarəetmə və qoruma şit komplekti dəst halında satılır.
Cihazlar sklad malıdır, uzun müddət zirzəmidə (padvalda) quru və salamat şəraitdə saxlanılıb. HEÇ BİRİ BİR DƏFƏ DƏ OLSUN İŞLƏNMƏYİB, tamamilə təzə və zavod vəziyyətindədir.
Komplektə daxildir:
1. Su nasosu (380 Volt) - 3 fazalı, altı kanatlı (şunurlu) modeldir. Güclü və çox dözümlüdür.
2. Böyük Maqnit Buraxıcı (ПМЛ Puskatel) - İstilik relesi ilə təchiz olunub, motoru artıq yüklənmədən və yanmaqdan qoruyur. Metal korpusdadır.
3. Kiçik Maqnit Buraxıcı (Puskatel) Eynilə dəmir korpuslu, 380V işlək modeldir.
4. АП505 Üçfazalı Avtomat -Sistemi qısaqapanmadan qorumaq üçün.
5. İdarəetmə Düyməsi – "Пуск/Стоп" mexanizmli, dözümlü metal korpusda.
İndiki Çin malları ilə səhv salmayın, təmiz sovet istehsalı, ömürlük keyfiyyətdir. Sexlər, fermalar, fabriklər və ya 3 faza xətti olan böyük təsərrüfatlar üçün tam hazır, dərhal qoşub işlədiləcək ideal dəstdir.
Qeyd: İstəyə görə komplekti tam və ya detalları ayrılıqda da sata bilərəm. Hamısını birdən götürən real alıcıya qiymətdə yaxşı endirim olunacaq. Maraqlananlar zəng edə və ya vatsapa yaza bilər.