
Supervisor

Razılaşma yolu ilə
Supervisor
SatılırİşlənmişBu gün
Tarix
Nömrə№1733078
Təsvir
Əsas öhdəliklər:
Restoranın gündəlik əməliyyatlarına rəhbərlik etmək, xidmət heyətinin (ofisiantlar, hostislər) işini əlaqələndirmək və nəzarətdə saxlamaq;
Qonaqların yüksək səviyyədə qarşılanmasını, məmnuniyyətini izləmək və yarana biləcək şikayətləri operativ şəkildə həll etmək;
Rezervasiyaları, xüsusi tədbirləri və böyük qrupların qəbulunu idarə etmək, mətbəx və xidmət heyəti ilə operativ kommunikasiyanı təmin etmək;
Xidmət standartlarına (SOP) riayət olunmasına nəzarət etmək, yeni işçilərə təlimlər keçmək və iş qrafiklərini tənzimləmək;
Qida və içki menyusu, eləcə də cari kampaniyalar barədə tam məlumatlı olmaq, heyətin bu istiqamətdə biliklərini artırmaq;
Inventar uçotunda, təchizat sifarişlərində və rəhbərliyə təqdim olunan gündəlik/həftəlik hesabatların hazırlanmasında iştirak etmək.
Vəzifə üzrə əsas tələblər:
Restoran və ya otelçilik sahəsində minimum 1-3 il supervisor təcrübəsi;
Qonaq məmnuniyyəti yönümlü işləmə bacarığı və liderlik keyfiyyətləri;
Komandanı idarə etmək, motivasiya vermək və gərgin iş rejimində operativ qərarlar qəbul etmək bacarığı;
Restoran proqramları (POS sistemləri) ilə işləmək təcrübəsi;
Azərbaycan dili səlis, İngilis dili səviyyəsi (danışıq üçün mütləqdir), Rus dili isə üstünlükdür.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Iris Lounge Baku
İş qrafiki: 8 saat
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu hissəsində “Supervisor” başlığı ilə göndərə bilərlər.
Son müraciət tarixi: 03.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/iris-hotel-baku-supervisor-150259
Bənzər elanlar















