


Öz Life Tezbişirici, mətbəxdə vaxta və enerjiyə qənaət etmək üçün nəzərdə tutulmuş 8 litr həcmli müasir mətbəx avadanlığıdır. Məhsul yüksək keyfiyyətli materialları və təhlükəsizlik sistemləri ilə diqqəti cəlb edir. Qazan paslanmaya, korroziyaya və cızılmalara qarşı maksimum dərəcədə dözümlüdür, yeməklərin dadını və qida dəyərini qoruyur. Qazanın alt hissəsi xüsusi çoxlaylı kapsul daban texnologiyası ilə istehsal edilib.Bu modeldə daxili təzyiq həddindən artıq yüksəldikdə buxarı təhlükəsiz şəkildə kənara buraxan xüsusi qoruyucu klapan (emniyyət sistemi) mövcuddur. Güclü germetik qapaq sistemi daxildə yüksək təzyiq yaradır. Bu da ət, paxlalılar və digər gec bişən yeməklərin adi qazanlara nisbətən 70%-ə qədər daha sürətli bişməsinə şərait yaradır. Qazan universal istifadə funksiyasına malikdir və müxtəlif plitə tipləri ilə tam uyğundur.














