Prayk
Təcili! Nizami rayonunun ən prestijli və infrastruktur cəhətdən — Daşınmaz əmlak, Bakı
285 000 ₼

Təcili! Nizami rayonunun ən prestijli və infrastruktur cəhətdən

SatılırOrijinalİşlənmişBu gün yayımlandı
Şəhər
Bakı
Əməliyyat növü
Kirayə aylıq
Əmlakın növü
Mənzil (köhnə tikili)
Otaq sayı
3
Mərtəbə
2
Mərtəbə sayı
16
Tarix
Nömrə
№1205753
Təsvir
Təcili! Nizami rayonunun ən prestijli və infrastruktur cəhətdən əlverişli yerində – Neftçilər metrosuna cəmi 5 dəqiqəlik piyada məsafədə, qanuni 3 otaqlı mənzil satılır! Mərtəbə: 16 mərtəbəli binanın 2-ci mərtəbəsi. Ümumi sahəsi 105 kv.m (Kupçada 90 kv.m).Qanuni 3 otaq- (Geniş, hündür tavanlı və düzgün proyektdir, düzəlmə deyil!). Sənəd: Çıxarış (Kupça) var. İpotekaya tam yararlıdır. Mənzilimizin Xüsusi Üstünlükləri və Komfortu: Yelçəkən (Skvaznoy): Mənzilin hər iki tərəfə baxışı var, hər bir otağına birbaşa təbii gün işığı düşür. İdeal mərtəbə üstünlüyü: Mənzil hündür -2-ci mərtəbədə yerləşir, lift asılılığı yoxdur. Ən əsası, mənzilin altı yaşayış olmayan obyekt (sakit dərzi salonu) olduğu üçün alt mərtəbədən səs-küy gəlmir və qonşu narahatlığı olmur. İki geniş balkonu var. Lift asılılığı yoxdur: Fövqəladə hallarda, lift təmirdə olanda və ya işıqlar sönəndə pilləkənlə saniyələr içində evinizdəsiniz (uşaqlı və yaşlı ailələr üçün əvəzsizdir). Su və istilik təzyiqi mükəmməldir: Aşağı mərtəbə olduğu üçün binada su və istilik sisteminin təzyiqi hər zaman pik səviyyədədir. Hündürlük: Altındakı qeyri-yaşayış mərtəbəsi hündür olduğu üçün faktiki olaraq normal binaların 3-cü mərtəbəsi hündürlüyündədir, küçədən içəri görünmür. Quru və isti ev: Binanın tikiliş keyfiyyəti sayəsində mənzildə heç bir nəmişlik, rütubət və ya qoxu yoxdur. Qışda olduqca isti və rahat olur. Mənzil yaxşı təmirlidir. Kombi sistemi qurulub, qaz, işıq, su daimidir. qapıları xüsusi sifarişlə təmiz Şam ağacından yığılıb (uzunömürlü və ekoloji təmiz). Mükəmməl infrastruktur: Nizami İcra Hakimiyyəti və 24-cü Polis Bölməsinin yaxınlığı ərazinin təhlükəsizliyini və prestijini təmin edir. Addımlıq məsafədə məktəblər, uşaq bağçaları, "8 km bazarı", supermərkətlər və bütün iaşə obyektləri mövcuddur. Qaz, su, işıq daimidir. Binanın geniş həyəti, 24 saat mühafizə xidməti və yeraltı parkinqi var. TAM ƏŞYALI: 290,000 AZN. MÜLKİYYƏTÇİYƏM, ÖZ EVİMDİR! Vasitəçilər (Maklerlər) narahat etməsin! Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.

Şərhlər

Mağaza vitrini
Hamısına bax