Tikinti, MEP, zəif cərəyan və IT sahələrində fəaliyyət göstərən şirkətimiz Tender və Satınalma üzrə Mütəxəssis vəzifəsinə əməkdaş axtarır.
İş şəraiti:
İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00 dan–18:00 dək; Şənbə- 10:00 dan-13:00 dək
Əməkhaqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında;
Rəsmi əmək müqaviləsi;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Tender və Satınalma üzrə Mütəxəssis” qeyd etməklə göndərə bilərlər.
Tələblər:
Tender və satınalma sahəsində iş təcrübəsi;
IT, təhlükəsizlik sistemləri, zəif cərəyan, tikinti, təmir və ya MEP sahələrindən anlayış;
Texniki tapşırıq əsasında düzgün qiymət çıxarmaq və kommersiya təklifi hazırlamaq bacarığı;
Smeta, BOQ və texniki spesifikasiyalarla işləmək bacarığı;
Elektron Satınalma Portalı ilə işləmə təcrübəsi üstünlükdür;
Microsoft Excel və Word proqramlarını yaxşı səviyyədə bilmək;
Qiymət analizi, müqayisə cədvəli və hesabat hazırlamaq bacarığı;
Məsuliyyətli, diqqətli və analitik düşüncəli olmaq;
Təchizatçılarla effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
Rus və ingilis dili biliyi üstünlükdür.
Üstünlük veriləcək namizədlər:
Tikinti və IT tenderlərində praktiki təcrübəsi olan;
Kamera, şəbəkə, server, access control, yanğın siqnalizasiya və digər təhlükəsizlik sistemlərini tanıyan;
Elektrik, mexanika, havalandırma və digər MEP işləri üzrə ilkin texniki biliyə sahib olan;
Tender sənədlərini müstəqil şəkildə hazırlayıb təqdim edə bilən;
Təchizatçı bazası və bazar qiymətləri haqqında məlumatı olan namizədlər.
Vəzifə öhdəlikləri:
Dövlət və kommersiya tenderlərinin gündəlik izlənilməsi;
Tender və satınalma sənədlərinin tələblərə uyğun hazırlanması;
Texniki şərtlərin, iş həcmlərinin və spesifikasiyaların təhlili;
Tikinti, təmir, MEP, zəif cərəyan və IT layihələri üzrə qiymət təkliflərinin hazırlanması;
Smeta və iş həcmi cədvəllərinin tərtib edilməsi;
Məhsul, material və xidmətlər üzrə bazar araşdırmasının aparılması;
Yerli və xarici təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisəsi;
Material, avadanlıq, işçilik, logistika və digər xərclərin hesablanması;
Kommersiya və texniki təkliflərin hazırlanması;
Tender sənədlərinin elektron satınalma portalına vaxtında yerləşdirilməsi;
Müqavilə, hesab-faktura, qiymət razılaşma protokolu və digər satınalma sənədlərinin hazırlanmasında iştirak;
Tender prosesinin başlanğıcdan nəticələnənədək izlənilməsi;
Təchizatçılarla qiymət və əməkdaşlıq şərtləri üzrə danışıqların aparılması.
Maaş: 1200-1500 AZN
Yaş: 25-60
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər