Sitrin limon rəngli, şəffaf bir mineraldır və kristal kvars daşının bir növüdür. Sarının müxtəlif çalarlarında olur, hətta qəhvəyiyə çalan növləri də var. Rəngini tərkibində az miqdarda olan dəmirə borcludur. Əsas Xüsusiyyətləri və Mənası: • Sitrin işıq və əhval-ruhiyyənin rəmzi hesab olunur. • Bu daş insana sakitlik və əminlik bəxş edir. • Qüvvətin və gücün simvolu sayılır, insanı mənəvi cəhətdən gücləndirir. • Sitrinə həm də "uğur daşı", "pul daşı" və "qazanc daşı" deyilir. Qədimdə tacirlər bərəkət gətirdiyinə inanaraq onu kassalarında saxlayırdılar. • Yaradıcılıq qabiliyyətini artırır, zehni açır və xəyal gücünü inkişaf etdirir. Yazarlar, dizaynerlər və heykəltəraşlar üçün faydalı olduğu bildirilir. • Neqativ enerjini yox edir və özgüvəni artırır. • Limon rəngli kvars insanları daha praktiki, rasional edir və özünə inam yaradır.