ThinkPad 14” Sleeve (4X40Q26383) – Lenovo-nun ThinkPad seriyalı noutbuklar üçün təqdim etdiyi zərif və funksional qoruyucu çantadır. Bu sleeve 14 düym ölçüsünə qədər olan noutbuklar üçün nəzərdə tutulub və gündəlik daşınma zamanı cihazınızı toz, cızıq və kiçik zərbələrdən qorumaq üçün ideal bir seçimdir. Minimalist və müasir dizaynlı bu çanta həm iş, həm də şəxsi istifadə üçün uyğundur. Suya davamlı və dayanıqlı materialdan hazırlanmışdır, bu da noutbukunuzu nəmdən və xarici təsirlərdən qoruyur. İç hissəsi yumşaq mikrofiber astarla örtülüb və əlavə qoruma təmin edir. Üst hissəsində yer alan möhkəm fermuar sayəsində noutbukunuzu asanlıqla daxil edib çıxara bilərsiniz. Həmçinin nazik və yüngül dizaynı sayəsində bu sleeve-i ayrı da daşıya bilərsiz, ya da daha böyük çantanın içinə rahatlıqla yerləşdirə bilərsiniz.