
Tikintiyə nəzarət üzrə Baş Mühəndis

Razılaşma yolu ilə
Tikintiyə nəzarət üzrə Baş Mühəndis
SatılırYoxlanılıbİşlənmişBu gün
ŞəhərBakı
Tarix
Nömrə№1731845
Təsvir
Yeni obyektlərin tikintisi, mövcud obyektlərin təmiri, rekonstruksiyası və istifadəyə hazırlanması proseslərinə texniki nəzarət etmək;Tikinti işlərinin təsdiq edilmiş layihə, texniki tapşırıq, smeta, iş qrafiki, normativ tələblər və şirkətin standartlarına uyğun icrasını təmin etmək;Tikinti sahələrində mütəmadi yoxlamalar aparmaq, görülən işlərin keyfiyyətini və faktiki icra vəziyyətini qiymətləndirmək;Memarlıq, konstruksiya, elektrik, su-kanalizasiya, havalandırma, kondisioner, yanğın təhlükəsizliyi və digər mühəndis sistemləri üzrə işlərin əlaqələndirilməsini təmin etmək;Podratçı və subpodratçıların fəaliyyətinə nəzarət etmək, onların müqavilə öhdəliklərinə, iş qrafikinə və keyfiyyət tələblərinə əməl etməsini izləmək;Podratçılar tərəfindən təqdim olunan iş həcmlərini, görülmüş iş aktlarını və istifadə edilmiş materialları yoxlamaq;Layihədə nəzərdə tutulmayan əlavə işlərin zəruriliyini əsaslandırmaq, həcmini müəyyənləşdirmək və təsdiq üçün təqdim etmək;Tikinti materiallarının və avadanlıqların layihə spesifikasiyalarına, texniki standartlara və təsdiq edilmiş nümunələrə uyğunluğunu yoxlamaq;Aşkar edilmiş qüsur və uyğunsuzluqları sənədləşdirmək, düzəldici tədbirlər müəyyənləşdirmək və onların vaxtında aradan qaldırılmasına nəzarət etmək;İşlərin gecikməsi və ya büdcədən yayınma halları üzrə səbəb təhlili aparmaq və tədbirlər planı təqdim etmək;;Obyektin texniki qəbulunda iştirak etmək, yekun qüsur siyahısını hazırlamaq və qüsurların aradan qaldırılmasını izləmək;Tikinti xərclərinin optimallaşdırılması və iş keyfiyyətinin artırılması üzrə təkliflər vermək;Tikintiyə nəzarət mühəndislərinin fəaliyyətini koordinasiya etmək, tapşırıqları bölüşdürmək və nəticələri qiymətləndirmək;Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilən digər tapşırıqları yerinə yetirmək.
Vakansiya növü: Tam ştat
Şirkət: OBA Market MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/oba/oba-tikintiye-nezaret-uzre-bas-muhendis-61394489/apply
Bənzər elanlar



Yoboo az



Yoboo az









