Tikiş avadanlıqları dəsti
- Sənaye tipli tikiş maşını – möhkəm masa üzərində, pedal və motorla. Uzunmüddətli tikişlər üçün uyğun, düz tikiş funksiyası.
- Overlok (3 iplik) – kənar emalı və birləşdirmə tikişləri üçün. Gərginlik tənzimləmə çarxları və yağlama göstəricisi mövcuddur.
- Masalar və dayaqlar – hər iki maşın üçün ayrıca iş səthi.
- Sarğı və iplər – müxtəlif rəng və qalınlıqlarda bir neçə böyük konus ip.
- Aksesuarlar – fermuarlar, bobin/şpulkalar, qayçı/kəsici, xətkeş və ölçü alətləri, iplik tutacaqları.
Atelye, təmir və dizayn işləri, həmçinin kiçik istehsal üçün praktik komplektdir: düz tikiş, overlok kənarı, fermuar tikilməsi və müxtəlif materiallarla işləmə imkanı. Dəst birgə işləməyə hazır vəziyyətdədir: iş masası, motor-pedal sistemi, overlok və lazımi ləvazimatlar daxil.