Prayk
Toyota Land Cruiser Prado, 2.7 L, 2025 il, 18 600 km — Avtomobillər, Bakı
101 000 ₼

Toyota Land Cruiser Prado, 2.7 L, 2025 il, 18 600 km

SatılırYoxlanılıbİşlənmişBu gün
Şəhər
Bakı
Kateqoriya
Avtomobillər
Marka
Toyota
Buraxılış ili
2025 il
Yürüş
18600 km
Mühərrikin həcmi
2.7 L
Sürətlər qutusu
Avtomat
Ban növü
Offroader / SUV
Rəng
Yanacaq növü
Benzin
Mühərrikin gücü
163 a.g.
Ötürücü
Tam
Yerlərin sayı
7
Hansı bazar üçün yığılıb
Azərbaycan
Vuruğu yoxdur
Bəli
Rənglənməyib
Bəli
Barter mümkündür
Bəli
Tarix
Nömrə
№1662014

Təsvir

Əziz qardaşım əgər özünə əsil iş güc avtomobili axtarırsansa bu avtomobil sənin üçündü. 05.05.2025-ci il tarixdə Toyota Abşeron Mərkəzindən alınıb. Sözün əsil mənasında çox dözümlü avtomobildi. Toyotanın yumşaqlığı barədə isə əlavə nəsə deməyə ehtiyac yoxdu. Bu avtomobillə şəhərdədə gəzə bilərsən dağda kəsəkdədə. İstənilən yerdə sahibinin üzünü ağ edəcək avtomobildi. 20 litrə benzin sərfiyyatı olan köhnə 2.7 motor Toyota Pradolardan fərqli olaraq yeni nəsil Pradolar 100 kilometrə şəhər içi 11-12 litrə trasda isə uzağı 8-9 litrə 92 oktan benzin sərf edir. (axırıncı şəkildə bort ekranın son 4 aya yanacaq sərfiyyatı barədə göstəricilərə baxa bilərsən).Yəni adı 2.4 motor dörd göz Mersedeslə eyni sərfiyyatı var. Qısası özünə etibarlı, ekonom, yumşaq və dözümlü yol yoldaşı olacaq avtomobil axtarırsansa ancaq və ancaq Toyota Prado al. Həmçinin qeyd edim ki, Bakı şəhərində yerləşən və dəyəri bu avtomobilin qiymətinə olan 1 otaqlı mənzillədə barter edə bilərəm. Hazırda avtomobilə ehtiyacım olmadığı üçün satıram. Sərfəli şərtlərlə kredit və lizingədə sala bilərəm. Allah alanada satanada xeyir versin inşallah.