Tualet funksiyalı əlil arabası
- Arxalığı tam yatırılan, baş yastıqlı model – istifadəçi yarıuzanıqlı və tam uzanıqlı vəziyyətdə rahatlana bilir.
- Yumşaq, yuyula bilən vinil oturacaq; ortasında çıxarılan qapaqlı tualet dəliyi (qab/ucluq üçün uyğun).
- Qaldırılıb-endirilən və fiksasiya olunan ayaqaltılar; baldır üçün yumşaq dayaqlar.
- Qatlana bilən metal şassi – daşınması və saxlanması rahatdır.
- Arxa təkərlər böyük, əl halqalı; ön təkərlər manevr üçün kiçik fırlanan.
- İki tərəfli əl brekləri və əlavə təhlükəsizlik kilidləri.
- Möhkəm qol dayaqları, yan qoruyucular.
- Xrom örtüklü karkas, paslanmaya dayanıqlı.
- Gündəlik istifadə, xəstəxana/ev şəraiti və transfer üçün uyğun.