Baku Holiday Travel komandası nəticələri ilə danışan Tur üzrə Satış Meneceri vakansiyası elan edir.
Sizdən - satış. Bizdən - hazır müştəri sorğuları, tam marketinq dəstəyi və nəticəyə bağlı komissiya.
Sizi nə gözləyir
Hazır lead axını - daxil olan sorğuları satışa çevirirsiniz
Tam marketinq və call center dəstəyi - müştəri cəlbi şirkətin üzərindədir
Dünya üzrə destinasiya portfeli - satış coğrafiyanız məhdud deyil
Sabit əmək haqqı 1600 AZN + satışdan komissiya - yuxarı hədd öz satış nəticənizdən asılıdır
Beynəlxalq turizm sahəsində real karyera inkişafı
Vəzifə öhdəlikləri
Daxil olan sorğuları operativ cavablandırmaq, müştərinin ehtiyacını düzgün müəyyən edərək uyğun tur paketini satmaq
Fərdi və qrup turlarını hazırlamaq və satışını tamamlamaq
Aylıq satış hədəflərini icra etmək
Otel, aviabilet, transfer və sığorta rezervasiyalarını həyata keçirmək
Müştərilərə səyahət qaydaları və tur proqramları barədə məlumat vermək
Partnyor otellər, tur operatorları və aviaşirkətlərlə koordinasiyalı işləmək
Tur zamanı yaranan məsələləri operativ həll etmək
Satışları 1C proqramında qeydə almaq, həftəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək
Namizədə tələblər
Ali təhsil (turizm və ya menecment ixtisası üstünlükdür)
Turizm satışında minimum 3 il təcrübə və konkret satış nəticələri
Şəxsi satış portfeli və ya korporativ müştəri bazası
Tur operatorlarının B2B rezervasiya sistemləri və otel bron platformaları (bedbank) ilə iş təcrübəsi
Populyar turizm destinasiyaları üzrə geniş bilik
Azərbaycan dilində sərbəst yazı və danışıq; rus və ingilis dillərində minimum B2 səviyyə
Aylıq satış hədəfi ilə işləmək və nəticələr üzrə hesabatlılıq təcrübəsi
Üstünlükdür
Minimum 5 fam trip, workshop, travel expo və beynəlxalq turizm tədbirlərində iştirak təcrübəsi
Geniş coğrafiyanı əhatə edən şəxsi səyahət təcrübəsi
Amadeus, Galileo kimi GDS sistemləri ilə tanışlıq
İş şəraiti
Növbəli qrafik: bir həftə 5 günlük, növbəti həftə 6 günlük iş rejimi
İş saatları: 09:00–18:00 və ya 10:00–19:00
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tur üzrə Satış Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 1600 AZN
Son müraciət tarixi: 17.10.2026