Turizm və qonaq koordinasiyası üzrə əməkdaş tələb olunur — Vakansiyalar, Bakı
600 ₼

Turizm və qonaq koordinasiyası üzrə əməkdaş tələb olunur

SatılırİşlənmişBu gün yayımlandı
Şəhər
Bakı
Kateqoriya
Vakansiyalar
Tarix
Nömrə
№1077587
Təsvir
MICE şirkətinə Turizm və Qonaq Koordinasiyası üzrə əməkdaş tələb olunur MICE şirkətimizə xaricdən gələn turist və qrupların qarşılanması, müşayiəti və koordinasiyası üzrə oğlan və ya qız əməkdaş axtarılır. İş öhdəlikləri: Xaricdən gələn qonaq və qrupların qarşılanması; Qonaqların hava limanı, otel və tədbir məkanları üzrə koordinasiyası; Turistlərin proqram üzrə yönləndirilməsi və müşayiəti; Qrupların gündəlik proqramının və logistikasının koordinasiyası; Qonaqlardan gələn sorğuların operativ şəkildə həll edilməsi; Ofis daxilində görülən təşkilati işlər və e-mail yazışmaları. Namizədə tələblər: Türk və İngilis dili biliyi (orta səviyyə də uyğundur); Ofis proqramlarını bilməsi; Kompüterdən sərbəst istifadə bacarığı; Ünsiyyətcil, məsuliyyətli və çevik olması; İnsanlarla rahat ünsiyyət qurmağı bacarması; Travel/turizm şirkətində təcrübə olması üstünlükdür. İş qrafiki: 09:00–17:00 İş mühiti: Çevik və dinamik iş mühiti. İşin xarakterindən asılı olaraq bəzi günlərdə iş saatlarında dəyişiklik ola bilər. İş yeri: Bakı, Nizami metrosu yaxınlığı, Caspian Plaza ətrafı. Maraqlanan namizədlər CV-lərini göndərə bilərlər.

Şərhlər