Bu premium uşaq arabası modelimiz 0 aydan 3 yaşa qədər uşaqların istifadəsi üçün nəzərdə tutulub. Uşağın yaşına və rahatlığına uyğun olaraq beşik rejimindən rahatlıqla oturaq vəziyyətə tənzimlənir. İki istiqamətli istifadə funksiyası ilə beşik hissəsini həm anaya tərəf, həm də gediş istiqamətinə çevirmək mümkündür. Gücləndirilmiş xüsusi amartizator sistemi sayəsində kələ-kötür yollarda belə sarsılmır, rahat və yumşaq gəzinti təmin edir. Keyfiyyətli rezin təkərləri və möhkəm tormoz mexanizmi hər cür səthdə maksimum təhlükəsizlik yaradır. Zərif qızılı (rose gold) raması, geniş tutumlu alt səbəti və dəstə asılan şık ana çantası ilə həm çox rahat, həm də göstərişli bir seçimdir.