Kidilo K09M model uşaq arabası müasir valideynlərin rahatlığı və körpələrin təhlükəsizliyi üçün xüsusi olaraq hazırlanmış transformer uşaq arabasıdır. Məhsul həm şəhər gəzintiləri, həm də uzunmüddətli səyahətlər üçün olduqca praktikdir. Araba yüksək keyfiyyətli alüminium şassi (korpus) üzərində yığılmışdır. Bu material həm strukturun möhkəmliyini təmin edir, həm də arabanın ümumi çəkisini azaldaraq daşınmasını asanlaşdırır. Araba güclü yaylı amortizator sisteminə və rezin təkərlərə malikdir. Bu kombinasiya kələ-kötür və daşlı yollarda zərbələri udur və körpənin yuxusunun pozulmasının qarşısını alır. Ön təkərlər 360⁰ dönə bilir, bu da dar məkanlarda arabanı asanlıqla idarə etməyə kömək edir. Arxa təkərlərdə isə tək toxunuşlu mərkəzi əyləc sistemi mövcuddur. Uşağın bezləri, qidası və şəxsi əşyaları üçün xüsusi dizaynlı asma çantası, alış-veriş torbalarını və ya böyük oyuncaqları yığmaq üçün arabanın alt hissəsində geniş səbəti mövcuddur. Körpənin sürüşməməsi üçün araba 5 nöqtəli yumşaq yastıqlı kəmər sisteminə malikdir.