Uşaq arabası üçün xüsusi incəliklə hazırlanmış dəstlər Softcare-da! Dəst 3 hissədən ibarətdir. Uşaq arabası və yemək oturacağı üçün nəfəs alan Softcare döşəkçəsi, ilin istənilən vaxtında gəzintilər üçün hazırlanmışdır. İkitərəfli döşəkçə yüksək keyfiyyətli və hypoallergenic materiallardan ibarətdir. Bu da körpənin rahatlığını təmin edir. Softcare döşəkçəsi ortopedikdir, körpəni isti havalarda tərlətmir və zərif dərisini qıcıqlandırmır. Arabanın kəmərlərinə əsasən döşəkçədə dəliklər mövcuddur. Bunun sayəsində döşək arabadan qətiyyən sürüşmür. 78x33 ölçüsündə olan universal döşəkçə hər növ uşaq arabası üçün əlverişlidir. 65×85 ölçüsündə olan yorğanı isə yaz-payız aylarında istifadə olunur. Dəstə şirin görünüşü olan ortopedik yastıq da daxildir. Material: parça - 100% Türkiyə pambıqı. Türkiyə istehsalı. Yuma təlimatları: 30°, 600 sıxma gücü ilə yuyulmalıdır.