Ütü masası geniş ütüləmə sahəsi sayəsində böyük ölçülü geyimləri belə rahat və sürətli ütüləmək mümkündür. Buxar keçirən monoblok metal səthi ütüləmə prosesini daha effektiv edir. 290°C-yə qədər istiliyə davamlı silikon ütü altlığı ütünün təhlükəsiz şəkildə yerləşdirilməsini təmin edir və sürüşmənin qarşısını alır. Erqonomik quruluşu sayəsində gündəlik istifadədə maksimum komfort yaradır. Ütü masasının örtüyü 100% pambıqdan hazırlanmış, laminasiyalı və istiliyədavamlı materialdan ibarətdir, altındakı süngər qat isə daha rahat ütüləmə təcrübəsi təqdim edir. Tam elektrostatik toz boya ilə örtülmüş konstruksiya uzunömürlü və dayanıqlıdır. Buxara davamlı xüsusi keçə istiliyi saxlayaraq daha keyfiyyətli nəticə verir. Daxili priz və uzatma kabeli istifadəni daha praktik edir. Masa ayaqları üçün nəzərdə tutulmuş xüsusi plastik detallar sürüşmənin qarşısını alır və sabitliyi artırır. Rahat plastik ütülük və portativ, çıxarıla bilən ütü dayağı isə istifadə zamanı əlavə rahatlıq və çeviklik təmin edir.