Eshumi Snail Mucus Gold Revitalizing Essence - 24k qızıl və Qara ilbiz musini ilə zənginləşdirilmiş üz üçün cavanlaşdırıcı essensiya. Tərkibində möcüzəvi qara ilbiz ekstraktı və yaşlanma əleyhinə təsir göstərən adenozin aktiv maddəsi qırışlarla tez və effektiv şəkildə mübarizə aparır. Hidrolizə edilmiş kollagen dərini hamarlayır, onu elastik və möhkəm edir. Sakitləşdirici və müalicəvi xüsusiyyətlərə malik bu essensiya, problemli və həssas dərilər üçün də uyğundur. Essensiya dərinin dərin qatlarına nüfuz edir və bərpaedici təsir göstərir. "Həyat iksiri" adlandırılan 24k qızıl dərini tonlaşdırır, digər kosmetik vasitələrin daha yaxşı təsir etməsini təmin edir, qan mikrosirkulyasiyasını sürətləndirir, dərinin turşuluğunu azaldır və yaşlanma əleyhinə təsir göstərir. Qara ilbiz musini dərinin bərpasını, canlılığını və maksimum nəmləndirməni təmin edir. İstifadə qaydası: Lazım miqdarda götürün, bütün üzə bərabər şəkildə və tamamilə hopdurana qədər tətbiq edin.