Vakansiya: Fəhlə tələb olnur Tikinti sahəsində müxtəlif fiziki və

35 ₼
Vakansiya: Fəhlə tələb olnur Tikinti sahəsində müxtəlif fiziki və
SatılırYoxlanılıbİşlənmişBu gün yayımlandı
Təsvir
Vakansiya: Fəhlə tələb olnur
Tikinti sahəsində müxtəlif fiziki və köməkçi işlərin yerinə yetirilməsi, tikinti materiallarının daşınması, boşaldılması, çeşidlənməsi və düzgün saxlanması.
Beton və digər məhlulların hazırlanması, tökülməsi və daşınmasında iştirak, həmçinin hörgü və qəlib işlərində ustalara dəstək göstərilməsi.
İş sahəsinin təmiz saxlanılması, tullantıların yığılması və daşınması, torpaq və söküntü işlərinin icrası.
Müxtəlif tikinti materialları ilə (kərpic, blok, daş və s.) hörgü işlərində köməklik göstərmək;
Hörgü işlərində yardım etmək: materialların gətirilməsi, məhlulun verilməsi, səthlərin təmizlənməsi və düzləndirilməsi işlərini icra etmək;
Hörgü işlərində istifadə olunan alətlərin verilməsini təmin etmək;
Əl alətləri və sadə mexaniki avadanlıqlarla işləmək, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.
Namizədə dair tələblər:
Müvafiq peşə üzrə iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür);
Fiziki cəhətdən sağlam və işə davamlı olmaq
Komandada işləmək bacarığı
Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək
Tikinti sahəsində işləmək istəyi və öyrənməyə açıq olmaq
Əl alətləri ilə işləmək bacarığı (üstünlükdür)
İş yeri: Lökbatan,8 noyabr prospekti,Qala qəsəbəsi.
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 35 manat
