Dekorativ cüt kasa/vaza dəsti. Qara fon üzərində qızılı naxışlarla işlənib, ön hissəsində klassik üslubda oval portret təsviri var. Kənarları dalğalı formadadır və hər iki parça hündür ayaqlı altlıq üzərində yerləşir. Alt hissəsində də qızılı-güllü ornamentlər işlənib.
İnteryer dekoru üçün uyğun olan bu dəst qonaq otağı, klassik mebel dəsti və vitrin üçün estetik görünüş yaradır. Həm ayrıca dekor elementi, həm də quru güllər, bəzək əşyaları və ya kiçik aksesuarların yerləşdirilməsi üçün istifadə oluna bilər.
Dəstə 2 ədəd eyni üslubda dekorativ qab daxildir. Klassik və vintage görünüş sevənlər üçün seçilən zərif dekor nümunəsidir.