Prayk
Veb-dizayner işi axtarıram — İş axtarıram, Bakı
900 ₼

Veb-dizayner işi axtarıram

SatılırYoxlanılıbİşlənmişBu gün
Şəhər
Bakı
Kateqoriya
İş axtarıram
Tarix
Nömrə
№1613582

Təsvir

İş axtarıram. Özüm professional idmanla məşğul olmuşam, uzun illər Türkiyədə, Kiprdə və Rusiyada işləmişəm. Akademiya təhsilim var, öyrənməyə hər zaman hazıram. Səmimi, gülərüz, intizamlı insanam. Kollektiv işə o qədər də üstünlük vermirəm. Bu illər ərzində kifayət qədər haqsızlıqlar, yaltaq insanlar görmüşəm və kollektiv işdə belə hallarla qarşılaşdığım üçün daha çox fərdi işləyə biləcəyim işlərə üstünlük verirəm. Konkret olaraq hər hansı bir sahəni qeyd etmirəm, işin özü uyğun olsa, digər sahələrdə də işləyə bilərəm və öyrənməyə hazıram. Yaşayış ünvanım Həzi Aslanovdur, işin yaşayış yerimə yaxın olması daha yaxşı olar. Maraq dairəm PC, noutbuk və PlayStation təmiri, satışı, oyunlar və digər texniki sahələrdir. Lakin başqa sahələrdə olan iş təkliflərini də nəzərdən keçirə bilərəm. Xahiş edirəm, ciddi olmayan, boş yerə narahat edəcək insanlar əlaqə saxlamasın. Ehtiyacımız var deyə hər yola əl atan biri deyiləm. Real iş təklifi edə biləcək şəxslər əlaqə saxlasın. Firmalar və şirkətlər, zəhmət olmasa, əlaqə saxlamasın. Təşəkkür edirəm.

Bənzər elanlar