İdeal vəziyyətdə, keyfiyyətli JKexer markalı oturacaqlı (orijinal dizaynlı) velotrenajor satılır. Ev şəraitində arıqlamaq, ayaq əzələlərini möhkəmləndirmək və kardio məşqləri etmək üçün əla seçimdir.
Xüsusiyyətlər: Üstündə məsafəni, sürəti, sərf olunan kalorini və nəbzini göstərən elektron displeyi (ekranı) var. Oturacağı çox rahatdır, uzunmüddətli məşqlər zamanı belə yormur. Yük dərəcələrini tənzimləmək mümkündür.
Vəziyyəti: İşlək və sağlam vəziyyətdədir. Sadəcə olaraq təmirsiz/tikinti gedən yerdə qaldığı üçün səthi bir qədər tozlanıb, yuyulub təmizləndikdən sonra tam təzə kimi görünəcək.
..............................
Tanınmış Proteus markasına məxsus keyfiyyətli qaçış zolağı satılır. Evdə peşəkar səviyyədə qaçış və yeriyiş məşqləri etmək istəyənlər üçün ideal modeldir.
Xüsusiyyətlər: Güclü mühərrikə malikdir, müxtəlif sürət rejimləri və proqramları dəstəkləyir. Enli və rahat qaçış zolağı sayəsində məşq etmək çox rahatdır. Üstündəki idarəetmə paneli vasitəsilə sürəti və meyilliliyi asanlıqla tənzimləmək olur.
Vəziyyəti: Mexaniki və mühərrik baxımından tam işləkdir. Şəkildən də göründüyü kimi üzəri bir qədər tozlanıb (təmir sahəsində olduğuna görə), lakin yuyulub təmizləndikdən sonra səliqəli vəziyyətə düşəcək.