Hərkəsə salam
Avtomobil tam olaraq ideal vəziyyətdədir. İstehsalçı zəmanəti altında rəsmi Volvo servisdə baxılıb, bütün dövrü qulluq işləri vaxtı-vaxtında yalnız orijinal ehtiyat hissələri ilə həyata keçirilib. Yürüşü 100% orijinaldır (38,000 km). Gövdəsində vurulan, əzilən hissəsi yoxdur, bütün detalları zavod istehsalıdır və boya dəyməyib (bezkraska). İkinci avtomobil kimi istifadə olunub, salonu tərtəmizdir, siqaret çəkilməyib. Əlavə xərc tələb etmir. Bütün yoxlamalara hazırdır.
Ciddi alıcılar watsapdan əlaqə saxlaya bilər. (10:00 dan 19:00 kimi ) Avtomobilə baxış keçirildikdən sonra real alıcıya simvolik endirim oluna bilər.Paşa sigortadan kaskolu siğortalıdır
Brend/Model: Volvo XC90
Mühərrik: 2.0L B5 Turbo + 48V Mild Hybrid (250 a.q. / 350 Nm)
Yürüş: 38,000 km (Orijinal)
Ötürücü: AWD (Tam ötürücü)
Ban növü: SUV (7 neferliklik)
Vəziyyəti: Vuruqsuz, əziksiz, rəng dəyməyib (Bezkraska), hissələri dəyişdirilməyib
-Baku Volvo Official Service (Rəsmi dilerdən alınıb və orada qulluq olunub)
-Mühərrik tipi: 2.0 litrlik 4 silindrli Benzin Turbo mühərrik + 48-Voltluq Mild Hybrid (Yüngül Hibrid) bərpaedici sistem.
-Güc göstəriciləri: 250 a.q. mühərrik gücü + starter-generator vasitəsilə anidən əlavə olunan 14 a.q. güc impulsu. Ümumi fırlanma anı 350 Nm-dir.
-Mild Hybrid Texnologiyası
-Sürətlər qutusu: 8 pilləli yapon istehsalı Geartronic avtomat transmissiya. Ötürmələr tamamilə hiss olunmaz və sürətlidir.
-Ötürmə sistemi: BorgWarner elektro-hiddravlik tam ötürücü (AWD) sistemi. İqlim və yol şəraitindən asılı olmayaraq maksimum tutuş təmin edir.
-AUDIO VƏ SES SİSTEMİ :Avtomobildə zavod istehsalı yüksək keyfiyyətli Harman Kardon səs sistemi
TƏHLÜKƏSİZLİK VƏ SÜRÜCÜ İDARƏ-ETMƏ SİSTEMLƏRİ
-BLIS (Blind Spot Information System): Yan güzgülərdə Kör Zona xəbərdarlıq sistemi və toqquşmanın qarşısını almaq üçün sükanın avtomatik düzəldilməsi.
- City Safety: Piyadaları, velosipedçiləri və iri heyvanları gecə və gündüz vaxtı tanıyan avtomatik tormozlama sistemi.
- Pilot Assist & Adaptive Cruise Control: Zolaqda saxlanma və qarşıdakı avtomobillə məsafəni avtomatik nizamlama (yarı-avtonom sürüş).
- Cross Traffic Alert: Arxa sürüşdə çapaq və ya kəsişən yoldan gələn nəqliyyat vasitələrinə qarşı xəbərdarlıq və avto-tormoz.
-360 dərəcə kamerası və ön/arxa park radarları.
-Zolaqdan çıxma xəbərdarlığı (Lane Keeping Aid).
KOMFORT VƏ SALON ÖZƏLLİKLƏRİ
-Salon: Lüks dəri örtük, ergonomik və uzun məsafəli səfərlərdə yorğunluq yaratmayan ortopedik oturacaqlar.
-Oturacaq funksiyaları: Ön oturacaqların elektrikli tənzimlənməsi, yaddaş paketi (Memory), qızdırıcılar, ve soyuducular
-Panoramik Lyuk: Elektrikli idarə olunan geniş panoramik şüşə tavan.
- İnformasiya-Əyləncə:, Apple CarPlay və Android Auto dəstəyi.
-İşıqlandırma: "Thor's Hammer" (Torun çəkici) dizaynlı full-LED adaptiv ön fənərlər (döngələrdə avtomatik dönən və uzaq işığı avtomatik tənzimləyən).
-Baqaj: Elektrikli açılan və bağlanan baqaj qapısı (ayaq ilə açılma dəstəyi ilə).