Vəzifə öhdəlikləri:
Ofis sahələrinin, inzibati otaqların və görüş zallarının gündəlik təmizliyini yüksək standartlara uyğun təmin etmək;
Mətbəx və sanitar-gigiyenik qovşaqların daxili gigiyena qaydalarına uyğun təmizliyini və dezinfeksiyasını həyata keçirmək;
Təmizlik vasitələrinin və gigiyenik materialların ehtiyatına nəzarət etmək və çatışmazlıq olduqda aidiyyəti üzrə məlumat vermək;
Şirkətin rəhbərliyinə və qonaqlarına çay/qəhvə servisində dəstək göstərmək;
Korporativ etik qaydalara və daxili nizam-intizama riayət etmək.
Tələblər:
Təcrübə: Ofis, holdinq və ya biznes mərkəzlərində xadimə və ya təmizlik mütəxəssisi kimi minimum 1 il iş təcrübəsi;
Şəxsi keyfiyyətlər: Yüksək təmizlik mədəniyyəti, məsuliyyətlilik, operativlik və diqqətlilik;
Sanitar-gigiyena norma və qaydalarını yaxşı bilmək;
Nəzakətli davranış və kollektivlə düzgün ünsiyyət qurmaq bacarığı.
İş şəraiti
İş yeri: Bakı şəhəri
Əməkhaqqı: 700 AZN
İş qrafiki: 5 günlük
İş saatı: 10:00-19:00
CV-lərinizi mövzu hissəsində "Xadimə" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin
Maaş: 700 AZN
Son müraciət tarixi: 04.10.2026