Xadimə tələb olunur

600 ₼
Xadimə tələb olunur
SatılırİşlənmişBu gün yayımlandı
ŞəhərBakı
Tarix
Nömrə№1080728
Təsvir
Xahiş olunur ancaq votsapa yazın
🧹 Mənzil təmizliyi üzrə işçi tələb olunur
📍 İş yeri: Nizami küçəsi, sahil metrosu (mərkəz)
💰 Maaş: 600 AZN + işlərin/satışların yaxşı olduğu aylarda əlavə bonus
İş nədən ibarətdir?
İş əsasən günlük kirayə verilən mənzillərin təmizlənməsi və hazırlanmasından ibarətdir.
* Gün ərzində təxminən 2–10 mənzil, bəzi günlərdə isə 10-dan çox mənzil təmizlənə bilər.
* Mənzillərin sayı hər gün əvvəlcədən məlum olur. Yəni növbəti gün neçə mənzilin çıxışı olduğu əvvəlcədən bildirilir.
* İşə adətən saat 10:00 radələrində ofisdə başlanılır.
* Əməkdaşlar ofisdən mənzillər üçün lazım olan təmizlik vasitələrini, dəsmalları, yataq dəstlərini və digər ləvazimatları götürürlər.
* Daha sonra mənzillərə gedərək təmizlik işlərini həyata keçirir, istifadə olunmuş yataq dəstlərini və digər lazım olan əşyaları yeniləri ilə əvəz edirlər.
* İşlər bitdikdən sonra əməkdaş ofisə qayıdır və iş günü başa çatır.
⏰ İş qrafiki
İş saatı sabit deyil. Gün ərzində təmizlənəcək mənzillərin sayından və çıxışların vaxtından asılı olaraq dəyişir.
📅 Həftədə 1 gün — bazar günü istirahət nəzərdə tutulur.
Təmizlik sahəsində təcrübəsi olan və məsuliyyətli şəxslərə üstünlük verilir.

