

Xüsusi mənimsənilən zülalların, prebiyotiklərin, liflərinin və balıq yağının birləşməsi həzm sisteminin maksimal mühafizəsini təmin edir. Artırılmış enerji miqdarı pişiyin enerji tələbatına uyğun gəlir, yem ölçüsünü məhdudlaşdırmağa və mədə-bağırsaq traktındakı yükü azaltmağa imkan verir. Həzm pozğunluğu zamanı tez-tez iştahın zəifləməsi və çəki itkisi müşahidə olunur. Yüksək dadlılıq yemin qəbulunu stimullaşdırır və sağalmağa kömək edir. Uzun zəncirli Omeqa 3 (eikosapentaenoik və dokosaheksaenoik) yağ turşuları dəri reaksiyalarını azaldır və bağırsağın selikli qişasının bütövlüyünü təmin edir. Göstərişlər: - kəskin və xroniki diareya. - xroniki bağırsaq iltihabı. - zəif həzm və qida maddələrinin mənimsənilməsi. - nazik bağırsaqda bakteriyaların yayılması. - kolit. - qastrit. - qaraciyər xəstəlikləri (qaraciyər ensefalopatiyası istisna olmaqla). - xəstəlikdən sonra bərpa dövrü. - anoreksiya. Qarşı göstərişlər: - qaraciyər ensefalopatiyası. - limfanqiiektaziya – eksudativ enteropatiya. - pankreatit.














