Tbilisi prospektinə cəmi 400 m məsafədə, Şəfayət Mehdiyev 97 ünvanında yerləşən 1 otaqlı həyət evi tələbə və ya işləyən bəylərə kirayə verilir. İnşaatçılar, Elmlər və 20 Yanvar metrolarına piyada 15, Bakı Biznes Universitetinə isə 20 dəqiqəlik məsafədə olan ev 4 nəfərlikdir və daxilində 4 çarpayı, şkaf, ayrı mətbəx, soyuducu, paltaryuyan maşın, istilik sistemi və fiber-optik Wi-Fi var. Girişi ümumi olan mənzildə bütün kommunal xərclər və internet ev sahibi tərəfindən ödənilir, qeyd olunan qiymət isə 1 nəfər üçün nəzərdə tutulub. Ailəyə və xanımlara uygun deyil, maklerlər narahat etməsin; maraqlananlar WhatsApp üzərindən əlaqə saxlaya bilərlər.
Otaq sayı: 1
Sahə: 20 m²