Türkiyə istehsalı olan məşhur Bonera markasına məxsus emal-qranit qazan dəsti 13 parçadan ibarətdir. Qazanların xarici səthi yüksək keyfiyyətli, qalın və ağır emal örtükdən, daxili səthi isə yapışmaz qranit materialdan hazırlanıb. Emal örtüyün ən böyük üstünlüyü antibakterial və sağlam olmasıdır. Bu səbəbdən hazırladığınız yeməkləri başqa qaba boşaltmadan, birbaşa bu qazanlarda soyuducuda təhlükəsiz şəkildə saxlaya bilərsiniz. Dəst olduqca zərif su yaşılı tonunda qazanlar, iki qulp tava və uyğun çörək qabından ibarətdir. İstiyə davamlı, qızılı tutacaqlı şəffaf şüşə qapaqlar sayəsində yeməyin bişmə prosesini qapağı açmadan rahatlıqla izləmək mümkündür. Qazanların diametri: 14/16/18/20 sm; Tavanın diametri: 22 sm.