Galaksi markalı 13 parça qranit qazan və tava dəsti Türkiyə istehsalıdır. Bu dəst həm gündəlik istifadə, həm də cehiz üçün ideal seçim hesab olunur. Qranit örtüklü, yanmaz və yapışmaz səthə malikdir. Gövdənin qalınlığı 4 mm-dir ki, bu da davamlılığı təmin edir. Antibakterial xüsusiyyətli "pyrex" şüşə qapaqlar ilə təchiz olunub. İstiyə davamlı, əl yandırmayan soft qulplara malikdir. Dəstə müxtəlif ölçülü bişirmə qabları və aksesuarlar daxildir: Südlüklər: 16 sm, 18 sm və 20 sm ölçülərində. Dərin Qazan: 22 sm (çips süzgəci/fri səbəti ilə birlikdə). Wok Tava: 26 sm ölçüsündə. Krep tavası: 24 sm ölçüsündə. Keks qəlibi.