Ziyafət və xüsusi məclislər üçün uzun, zərif qadın donu. Don parlaq göy rəngdədir və bədənə oturan, aşağı hissədə yüngül açılan klassik siluetə malikdir.
Üst hissəsi şəffaf tül detallarla tamamlanıb. Sinə və çiyin nahiyəsində gümüşü naxış, muncuq və daş işləmələri donun əsas vurğusudur. Qayıq formalı yaxa xətti dona çox zərif və eleqant görünüş verir. Qısa qolsuz model üzərində tül keçid və əl işi görnüşlü dekor işləmə ilə fərqlənir.
Uzunluğu yerədəkdir, məclis, nişan, toy və axşam tədbirləri üçün uyğun seçimdir. Üzərində etiket mövcuddur. Şəkildə etiketdə 320 qeyd olunub.