Balıq yağı


60.00 AZN

MƏHSULUN ƏSAS XÜSUSİYYƏTLƏRİ: • Omega-3 yağ turşuları insan orqanizmi üçün əvəzolunmazdır və bütün hüceyrələrin, hüceyrə membranlarının tamlığını və keçiriciliyini təmin edir. Bununla yanaşı, omega-3 yağ turşuları antioksidant funksiyasını da icra edərək, sərbəst radikalların mənfi təsirini azaldır, oksidləmə zədələnmələrinin qarşısını alır. Bu funksiyalar bütün orqan və sistemlər üçün vacib olsa da, omega-3 yağ turşuları baş beyin üçün xüsusi əhəmiyyət kəsb edir: Baş beyin təxminən 60% yağ turşularından ibarətdir və bu yağlar hüceyrə membranlarının qurulmasında həm də sinir hüceyrələri arasında impulsların ötürülməsində iştirak edir. Baş beyin nəfəs aldığımız oksigenin 50%-ə qədərini sərf edir və lipidlərin peroksid oksidləşməsinin ən yüksək risk ehtimalını daşıyır. Bu səbəbdən baş beyin poli doymamış yağ turşularına ən çox ehtiyac duyan orqandır. Omega-3 intellektual və koqnitiv qabiliyyətlərə, diqqətin cəmlənməsinə və məlumatı yadda saxlama bacarığına təsir edir, çatışmazlığı insult və ürək-damar xəstəlikləri riskini artırır. • Balıq yağının tərkibindəki digər yağ turşuları əsasən ürək-damar sisteminin, beyinin, gözün, dərinin və immunitetin işini, xolisterin səviyyəsini, hüceyrə balansını normallaşdırır, sümükləri möhkəmləndirir. Eləcə də digər vacib yağ turşularının sintezində iştirak edir. • Vitamin E – antioksidant təsiri göstərir, sərbəst radikalların zərərli təsirini azaldır. • A və D vitaminləri – görmə, immun sistemi və sümük sağlamlığını dəstəkləyir. • Mikroelemetlər optimal sinergiyanı tamamlayır, sağlamlığı dəstəkləyir. MƏHSULUN FAYDALARI: 1. Beyin fəaliyyətini, yaddaş və diqqəti gücləndirir, sinir ötürücülüyünü yaxşılaşdırır; 2. Ürək-damar sisteminin sağlamlığını dəstəkləyir, ürək ritmini stabilləşdirir, damarların elastikliyini yaxşılaşdırır; 3. Laxtalanmanı və qan qatılığını yaxşılaşdırır; 4. Triqliseridlərin (doymuş yağların) səviyyəsini aşağı salır, ateroskleroz (damar kirəcləşməsi) riskini azaldır; 5. Stress hormonlarının (kortizol) səviyyəsini normallaşdırır, depressiyanın və yorğunluğun öhdəsindən gəlməyə kömək edir; 6. Dərinin bərpası və yenilənməsi proseslərini sürətləndirir; 7. Görməni yaxşılaşdırır, gözün torlu qişasının funksiyasını dəstəkləyir; 8. İmmuniteti gücləndirir, iltihabi prosesləri azaldır, limfa və hüceyrədaxili təmizlənməni sürətləndirir; 9. Qabarıq antioksidant xüsusiyyətləri var; 10. Oynaqlarda sərtliyi və ağrını azaldır (kalsiumla yanaşı); 11. Vəzilərdə hormon metabolizmini tənzimləyir, estrogen–prostaqlandin balansını qoruyur, testosteron sintezini stimullaşdırır; 12. İnsulin həssaslığını artırır.
Похожие
Вам может быть интересно