Mənzil orta blokda yerləşir və hər iki tərəfi qonşu mənzillərlə əhatə olunduğu üçün qışda isti olur. 3 balkonu var, onlardan 2-də əşyalar üçün böyük plastik şkaflar quraşdırılıb.
Mətbəx mebeli, masa və stullar, hamam aksesuarları, uşaq yatağı və şkafı, həmçinin AUX Inverter Wi-Fi kondisioneri mənzildə qalacaq.
Yaşayış kompleksində məktəb, uşaq bağçası, marketlər, bərbər və digər zəruri iaşə obyektləri fəaliyyət göstərir. 28 May istiqamətindən 120 və 120E, Əhmədli istiqamətindən isə 121E avtobusları işləyir. Mənzil dayanacağa cəmi 2 dəqiqəlik məsafədədir.
Daxili arakəsmələr Gobustone daşları ilə tikildiyindən layihəni istəyə uyğun dəyişmək mümkündür.
Zəhmət olmasa, ilk olaraq WhatsApp vasitəsilə əlaqə saxlayın.
Maklerlər narahat etməsin.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, İpoteka var
Yerləşmə: Suraxanı ray., Hövsan qəs.