Masazır qəsəbəsində, Qurtuluş 93 yaşayış kompleksində yerləşən 2 otaqlı mənzil satılır.
Mənzil kompleksin tam mərkəzində, 6 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 48 kv.m-dir. Rahat planlaşdırılması ilə yaşayış üçün əlverişli seçimdir.
Mənzilin çıxarışı (kupçası) var və dövlət ipotekasına yararlıdır.
Su və işıq daimidir. Mərkəzləşdirilmiş istilik sistemi mövcuddur. Qaz xətləri çəkilib, kompleksdə qaz sayğaclarının quraşdırılması aparılır və yaxın zamanda qazın verilməsi nəzərdə tutulur.
Kompleks inkişaf etmiş infrastruktura malikdir. Yaxınlıqda məktəb, uşaq bağçası, futbol meydançası, uşaqlar və böyüklər üçün əyləncə mərkəzi, ticarət obyektləri, aptek və marketlər fəaliyyət göstərir.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, İpoteka var
Yerləşmə: Abşeron, Masazır qəs.