Çox təcili satılır!
Kupçalı və ipotekaya tam yararlı!
Yeni Günəşli, D massivində yerləşən geniş və funksional 2 otaqlı mənzil satılır. Leninqrad layihəli binanın orta blokunda yerləşir. Rahat planlaşdırılması və əlverişli yerləşməsi ilə seçilir. Balkonların otaqlara birləşdirilməsi hesabına yaşayış sahəsi genişləndirilib və mənzilin istifadəsi daha komfortlu hala gətirilib.
Mənzil tam təmirlidir və yaşayış üçün hazır vəziyyətdədir.
Əsas üstünlükləri: orta blok, yelçəkən layihə, geniş və işıqlı otaqlar, mərkəzi istilik sistemi, su çəni və avtoklapan sistemi, təmiz giriş bloku və sakit yaşayış mühiti.
Ərazi inkişaf etmiş infrastruktura malikdir. Yaxınlıqda məktəb, uşaq bağçası, xəstəxana, aptek, supermarketlər və digər zəruri obyektlər fəaliyyət göstərir. Binanın yaxınlığından çoxsaylı marşrut xətləri keçir və şəhərin müxtəlif istiqamətlərinə rahat nəqliyyat əlaqəsi var. Metroya təxminən 10 dəqiqəlik məsafədə yerləşir.
Ofis haqqı: alıcı tərəfindən 1%.
Elan növü: Satılır
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, İpoteka var
Yerləşmə: Suraxanı ray., Yeni Günəşli qəs.