İki otaqlı, geniş evimizə mədəni və mehriban bir qız tələbə xanım otaq yoldaşı axtarılır. Evdə qalacaq qız təmizkar və səliqəli olmalıdır. Ev Memar Əcəmi metrosuna yaxındır, binanın qabağından avtobus keçir.
Ev və bina şərtləri: Bina evidir, 16 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. Binanın işlək lifti, 24/7 kamera nəzarəti və mühafizəsi mövcuddur. Ev tam təmirlidir, rahat və genişdir. İstilik sistemi kimi kombi var. Su, qaz, işıq və internet daimidir. Həmçinin evdə içməli su filtri də mövcuddur.
Evdə yaşayanlar: Evdə ev sahibi (tək qadın) və onun 14 yaşlı oğlu yaşayır. Ev sahibi çox tərbiyəli, mehriban və səmimi qadındır. Oğlu da çox tərbiyəli, qanacaqlı və səmimi uşaqdır. Hazırda evdə bir nəfər də qız xanım yaşayır, ona görə də axtarılan şəxs də məhz bir qız otaq yoldaşıdır.
Qiymət: 180 AZN.
Ətraflı məlumat və əlaqə üçün zəng edə bilərsiniz.