Bu gaming siçanı yüksək performans və rahat istifadə üçün hazırlanmış müasir manipulyatorlardan biridir. Yüngül dizaynı və güclü texniki göstəriciləri sayəsində həm peşəkar oyunçular, həm də gündəlik istifadəçilər üçün ideal seçim hesab olunur. Cəmi 59 qram çəkiyə malik olan siçan uzun müddət istifadə zamanı əl yorğunluğunu minimuma endirir və sürətli hərəkət tələb edən oyunlarda daha dəqiq idarəetmə imkanı yaradır. Model PixArt 3325 optik sensoru ilə təchiz olunmuşdur və proqram təminatı vasitəsilə maksimum 10000 DPI həssaslığa qədər tənzimlənə bilir. Standart olaraq isə 400, 800, 1200, 2400, 3200 və 5000 DPI səviyyələri mövcuddur. Bu isə istifadəçilərə fərqli oyun janrları və iş tələblərinə uyğun həssaslıq seçməyə imkan verir. Siçanda ümumilikdə 6 düymə mövcuddur və onların hər biri sürətli reaksiya üçün optimallaşdırılmışdır. Əsas düymələrdə Kailh 80 milyon klik ömrünə malik switchlər , yan düymələrdə isə Huano 20 milyon klik davamlılığı təmin edən mexanizmlər istifadə olunub. Bu isə siçanın uzun müddət stabil işləməsinə kömək edir. Teflon ayaqlar isə səth üzərində daha hamar hərəkət təmin edir və oyun zamanı daha yaxşı nəzarət yaradır. Siçan 2.4G simsiz bağlantı vasitəsilə işləyir və 10 metrə qədər stabil əlaqə təmin edir. Daxili 300 mAh batareya sayəsində bir dəfə enerji ilə təxminən 30 saat istifadə mümkündür və Type-C kabel ilə təxminən 1.1 saat ərzində tam doldurulur. Windows sistemləri üçün xüsusi proqram təminatı isə əlavə fərdiləşdirmə imkanları təqdim edir.