Sumqayıt şəhəri, Mirvari City 1 yaşayış kompleksində (Bulvar küçəsi), 8 mərtəbəli binanın 2 ci mərtəbəsində yerləşən, bütün əşyaları ilə birlikdə uzunmüddətli kirayə verilən səliqəli və tam təchiz olunmuş 3 otaq 110 kv studio mənzil.
Mənzilin üstünlükləri və təchizatı:
İstilik və Döşəmə Sistemi: Kombi (ataplenya) sistemi, kafel olan hissələr isə isti poldur.
İqlim nəzarəti: Mənzildə komfortunuz üçün 2 ədəd kondisioner mövcuddur.
Məişət Texnikası: Qabyuyan, paltaryuyan, mikrodalğalı soba, duxovka, soyuducu, su filtri və tozsoran.
Balkonlar: Mənzilin 2 balkonu var. Balkonların birində yağlı və qoxulu yeməkləri rahat bişirmək üçün əlavə qaz peçi quraşdırılıb.
Digər Avadanlıqlar: Televizor, internet, ütü, ütü stolu, paltar asılqanı və fen.
Mebellər: Mətbəx mebeli, masalar, stullar, rahat divan və yataq dəstləri (əşyaların əksər hissəsi tamamilə yenidir).
Sanitar Qovşaq: Hamam otağı yeni yığılıb, müasir duş kabinası və aksesuarlarla təchiz olunub.
Bir sözlə, mənzil yaşamaq üçün lazım olan hər bir şeylə təmin olunub, əlavə heç bir xərc çəkmədən köçüb yaşamaq mümkündür.
Sanuzel: 1
Şərait: lift, parklanma, mühafizə, əşyalı, istilik sistemi, kondisioner, qabyuyan, paltaryuyan