Mənzil Gəncə şəhəri, Kəpəz rayonu, DOS-102 qəsəbəsində Dostluq Kafesinin yanındakı binada yerləşir. Çıxarış mövcuddur və çıxarışda qeyd edilən mənzilin özünün sahəsi 66.4 m²-dir. Əlavə olaraq evin özü qədər də (65-67 m²) artırması var. Artırma dəmir konstruksiyası, beton zəmini və dam örtüyü ilə təmin olunmuşdur. Ev 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir və 3 otaqdan ibarətdir. Aşağı mərtəbələrin hamısı (hər üç mərtəbə) öz artırmalarını tamamlayıblar və hamısının içində yaşayır var. Mənzil orta-yaxşı təmirlidir və əşyalı şəkildə təklif edilir. Ev sahibiyəm, yeni mənzil alacağım üçün evimi satıram və əlimyandıda satmıram. Sünnətdir deyə real alıcıyla qiymətdə müəyyən qədər endirimlə razılaşaram. Vasitəçilər də əlaqə saxlaya bilərlər. Allah alana da, satana da xeyir versin.
Sanuzel: 1
Şərait: əşyalı, istilik sistemi, kondisioner, paltaryuyan