Neftçilər metrosunun yaxınlığında, 26 saylı Poliklinikanın arxasında yerləşən 5 mərtəbəli Minsk layihəli binanın 4-cü mərtəbəsində mənzil satışa təqdim olunur.
Mənzil qanuni 3 otaqlıdır, peşəkar şəkildə 4 otağa ideal formada düzəldilib. Orta blokda yerləşir, tam təmirli və əşyalıdır.
Qaz, su və işıq daimidir. Mərkəzi istilik sistemi mövcuddur, bütün otaqlarda radiatorlar quraşdırılıb. Mənzil işıqlı, səliqəli və rahat planlaşdırılmışdır.
Ərazi yaşayış üçün çox əlverişlidir. Yaxınlıqda məktəblər, uşaq bağçaları, supermarketlər və digər zəruri infrastruktur obyektləri yerləşir.
Mənzil həm yaşayış, həm də investisiya üçün əlverişli seçimdir. Təxminən 800 AZN aylıq kirayə gəliri əldə etmək mümkündür.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Qeyd: Xidmət haqqı 1% təşkil edir.
Elan növü: Satılır
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli
Yerləşmə: Nizami ray., 8-ci kilometr qəs., Neftçilər m/st