Mənzil şəxsi istifadə üçün yüksək keyfiyyətlə təmir olunub. Təmir zamanı keyfiyyətli tikinti materialları, mebel və məişət texnikasından istifadə edilib. Mənzilin daxili sahəsi 107 kv.m təşkil edir (xahiş olunur daxildən daxilə ölçünü nəzərə alasınız).
Mənzil İpək Yolu MTK-nın inşa etdiyi binada, əsas yolun kənarında yerləşir. Bakıxanov Mall-a və sürətli qatar stansiyasına cəmi 2 dəqiqəlik məsafədədir. Yaxınlıqda Azərbaycan və rus bölməli məktəblər, marketlər, klinikalar və digər zəruri infrastruktur mövcuddur. Şəhərin müxtəlif istiqamətlərinə gedən avtobuslar binanın qarşısından keçir.
Binada 2 sürətli lift, 24/7 müşahidə kameraları fəaliyyət göstərir. Mənzilə aid əlavə təhlükəsizlik kameraları da quraşdırılıb. Mərtəbədə cəmi 4 mənzil yerləşir.
Mənzil bütün mebel və məişət texnikası ilə birlikdə satılır. Soyuducu, qabyuyan, paltaryuyan maşın, qaz plitəsi, soba, kondisioner, kombi, televizorlar və ortopedik döşəklər mövcuddur. İstilik sistemi isti döşəmə ilə təchiz olunub.
Bir sözlə, əlavə xərc tələb etməyən, tam hazır "gir, yaşa" mənzildir. İpotekaya yararlıdır.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, İpoteka var
Yerləşmə: Sabunçu ray., Bakıxanov qəs.