Təcili kupçalı və ipotekaya yararlı həyət evi satılır.
Ev Lökbatan–Qobu yolu üzərində, əsas yoldan təxminən 300 metr içəridə, mərkəzi və əlverişli ərazidə yerləşir.
Ümumi torpaq sahəsi 4 sotdur. Ev 4 otaqdan ibarətdir. Qaz, su və işıq daimidir. İstilik sistemi həm kombi, həm də İran sobası ilə təmin olunub.
Ev yerdən 7 daş hündürlükdə inşa edilib və zirzəmisi var. Həyətdə 3 tonluq əlavə su çəni, 2 hissəli hin, meyvə ağacları və istirahət üçün oturma sahəsi mövcuddur. Həyətə rahat şəkildə 4 avtomobil daxil ola bilir.
Yaxınlıqda məktəb, uşaq bağçası, aptek, market, bankomat və digər zəruri infrastruktur obyektləri yerləşir.
Sənədi çıxarışdır (kupça) və ipotekaya yararlıdır.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.