Greenville Residence Premium yaşayış kompleksində, Avtovağzal metrosunun yanında təcili mənzil satılır.
Makler tərəfindən edilən təmirlərdən deyil. Real bazar qiymətinə uyğun qiymətə təklif olunur. Şəxsi yaşayış üçün yüksək keyfiyyətlə təmir olunmuş mənzildir. 2 mənzilin birləşdirilməsindən hazırlanıb.
Xüsusi plan əsasında elektrik və santexnik işləri görülüb, ən bahalı materiallardan istifadə olunub. Kondisioner üçün multi-split sisteminə uyğun xətlər və borular əvvəlcədən plan üzrə çəkilib. Bütün işlər yüksək keyfiyyətlə həyata keçirilib.
Mənzil 15 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir, həyətə baxır və gözəl mənzərəsi var.
Mənzil 4 otaqdan ibarətdir:
1 böyük yataq otağı – daxilində qarderob və hamam
2 ayrı yataq otağı
1 geniş qonaq otağı – mətbəxlə birlikdə
1 ümumi hamam
Texniki xüsusiyyətlər:
CMK elektrik kabelləri
KAT 6 internet xətləri
K.A.S borular
İsti pol döşəməsi və kollektor
Multi-split kondisioner sistemi
NovaHot kombi
İki mənzilin birləşməsidir: 113.65 + 68.53 m². Geniş balkonla birlikdə ümumi sahəsi 182 m²-dir.
Real alıcı olduğu təqdirdə, evə baxış zamanı qiymətdə endirim olacaq.
Sənəd: kupça. İpotekaya tam yararlıdır.
Vasitəçilər narahat etməsin.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, İpoteka var
Yerləşmə: Binəqədi ray., Biləcəri qəs., Avtovağzal m/st