A4Tech Bloody B760 (Optik Mexaniki Klaviatura)
Klaviaturanın vəziyyəti çox yaxşıdır və təmizdir. Düymələrində silinmə və ya parlama yoxdur. Bütün düymələri tam problemsiz işləyir.
Əsas üstünlükləri:
* Light Strike (Optik) switchlər: 0.2 ms reaksiya müddəti (xüsusilə şuter oyunları üçün idealdır).
* "Double click" problemi yoxdur: Adi mexaniki klaviaturalardan fərqli olaraq optik olduğu üçün iki dəfə basılma problemi ümumiyyətlə yaşanmır.
* Dözümlülük: 100 milyon basılma ömrü və suya/nəmə qarşı qoruyucu təbəqəsi var.
* İşıqlandırma: Parlaq və gözəl Neon arxa işıq.
Qeyd: Klaviaturanın arxasındakı qaldırıcı ayaqcıqlardan biri qırılıb. Ancaq ayaqcıqları açmadan düz formada masanın üstünə qoyduqda tam hərəkətsiz və möhkəm durur, istifadəyə qətiyyən heç bir maneəsi yoxdur.
Real alıcıya qiymətdə endirim olunacaq.
Çatdırılma: Yalnız metroya