İş haqqında məlumat:
Filialın gündəlik inzibati fəaliyyətinin təşkilində iştirak etmək;Filiala daxil olan müştəriləri qarşılamaq və yönləndirmək;Müştərilərin müraciətlərini qəbul etmək və aidiyyəti üzrə yönləndirmək;Müştərilərə məhsul, xidmət və filialın iş prinsipləri barədə ilkin məlumat vermək;Telefon zənglərini qəbul etmək və müvafiq şəxslərə yönləndirmək;Filial üzrə sənədləşmə və gündəlik inzibati işləri həyata keçirmək;İşçilərin davamiyyətinə və iş intizamına nəzarətdə iştirak etmək;Filialda səliqə və daxili qaydalara riayət olunmasına nəzarət etmək;Məhsul və satış sahəsinin ümumi görünüşünün şirkət standartlarına uyğunluğunu izləmək;Filialın ehtiyacları ilə bağlı rəhbərliyə məlumat vermək;Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;Müştəri məmnuniyyətinin təmin olunmasına və şirkətin xidmət standartlarının qorunmasına dəstək olmaq.
Tələblər:
Ali təhsil;Administrator və ya müştəri xidməti sahəsində ən azı 3 il iş təcrübəsi mütləqdir; Yüksək ünsiyyət və təqdimat bacarığı;Müştəriyönümlü və nəzakətli davranış;Təşkilatçılıq və operativlik;Məsuliyyətli, intizamlı və operativ qərar qəbul etmək bacarığı;Azərbaycan dilində səlis danışıq;Rus dili və ingilis dilini yaxşı səviyyədə bilmək;MS Office proqramlarında işləmək bacarığı;İş şəraitiAzərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirməPeşəkar komandaİnkişaf və karyera imkanlarıElektronika sahəsində peşəkar inkişaf imkanıİş yeri: ByTelecom MMCİş rejimi: 6 günlük iş qrafikiƏmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 29/09/2026